SON DƏQİQƏ: Ard-arda güclü zəlzələ baş verdi

Baxış sayı:
8107

İndoneziyada dəhşətli yeraltı təkanlar qeydə alınıb. Şimali Sumatra əyalətinə bağlı cənubi Nias bölgəsinə 30 km məsafədə 6,2 bal gücündə zəlzələ meydana gəlib. İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumundan verilən məlumata görə, zəlzələnin episentri 19 km dərinlikdə olub. İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Zəlzələdən sonra sunami xəbərdarlığı da edilməyib. Qeyd edək ki, ötən gün Cənubi Nias bölgəsində 5,8 bal gücündə zəlzələ meydana gəlmişdi. Xatırladaq ki, 28 sentyabr 2018-ci ildə Sulavesi adasındakı Palu körfəzində meydana gələn 7,5 bal gücündəki zəlzələ və ardınca yaranan sunami nəticəsində 4 min 340 nəfər həlak olmuşdu./Publika