Son dəqiqə: AK Partiya İstanbuldakı seçkilərin ləğvini tələb etdi

Baxış sayı:
9097

Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası martın 31-də baş tutan bələdiyyə seçkilərində İstanbulun nəticələrinin ləğv edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edir.
 
“Sozcü! qəzetist xəbər verir ki, partiyanın Böyükçəkməcə rayon təşkilatı bu rayonda qeyri-qanuni seçici qeydiyyatı aparıldığını iddia edərək, İstanbul bələdiyyəsinə seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir.
 Partiya bununla bağlı İstanbulun Seçki Dairəsinə müraciət edib.
 Qeyd edək ki, bələdiyyə seçkilərinin rəsmi olmayan rəqəmlərinə görə, İstanbulun yeni bələdiyyə sədri müxalif "Millət İttifaqı"nın namizədi Əkrəm İmamoğlu olub. O, seçicilərin 48,8 faiz səsini alaraq, rəqibi AKP namizədi Binəli Yıldırıma qalib gəlib.