​SON DƏQİQƏ: Ağdaşda DƏHŞƏTLİ YOL QƏZASI - Ölən və yaralanan var

Baxış sayı:
11971

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.