SON DƏQİQƏ: Ağdamda güclü partayış - XƏSARƏT ALAN VAR

Baxış sayı:
8584

Ağdam rayonunda partlayış baş verib. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.