SON DƏQİQƏ: ​ABŞ Suriyanı vurdu - ÖLƏNLƏR VAR

Baxış sayı:
838

ABŞ koalisiyanın Suriyanın Deyr əz-Zor bölgəsinin Əl Bukan kəndini bombalaması nəticəsində 40 mülki şəxs həlak olub.
Muxalifet.az xəbər verir ki, SANA agentliyi ölənlərin əksəriyyətin qadın və uşaqlar olduğunu bildirib. Agentlik bu hücumdan sonra koalisiya qüvvələrinin Şafa kəndinə də hücum etdiyini və xeyli sayda insanın yaralandığını yazıb.
Qeyd edək ki, ABŞ liderliyindəki koalisiya bu həftə ərzində Deyr əz-Zorun müxtəlif bölgələrinə hücumlar edib. Suriya mətbuatı ABŞ və müttəfiqlərinin hücumlar zamanı ağ fosfordan istifadə etdiyini yazıb.