SON DƏQİQƏ: ​ABŞ-ın planı İFŞA EDİLDİ: Bu torpaqlar Fələstinə verilir

Baxış sayı:
7819

ABŞ-ın gələcəkdə İsrail və Fələstinə təqdim edəcəyi “Yüzillik Anlaşma” ilə bağlı yeni detallar ortaya çıxıb.
Muxalifet.az İsrailin “Maariv” qəzetinə istinadən xəbər verir ki, Fələstinə paytaxt olaraq Şərqi Qüdsün 4 küçədən ibarət olan Şufat, Mukaber dağı, İsaviyah və Abu Dis küçələri veriləcək.
Plana görə, İsrailin əlində olan bu 4 bölgənin Fələstinə təhvil verilməsi tələb ediləcək.
Qeyd edək ki, İsrail Müdafiə naziri Aviqdor Liberman sözügedən plan haqqında məlumata sahib olmadığını açıqlamışdı.