SON DƏQİQƏ: ABŞ hərbi bazasına dəhşətli hücum, havaya uçuruldu

Baxış sayı:
12760

Somalinin paytaxtı Moqadişu yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin bazası və Avropa İttifaqının hərbi konvoyuna hücum təşkil edilib.
Publika.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Xəbərə görə, sözügedən bölgələrdə şiddətli partlayış səsləri eşidilib.
Yerli qaynaqlar bomba yüklü avtomobillərin bazaya tərəf getdiyini bildirib.
Yerli media isə Əl-Qaidə terror təşkilatının bir qolu olan Əş-Şəbabın bazanı hədəf aldığını yazıb. Bir neçə dəqiqə sonra terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Moqadişunun şimal-qərbindəki bazanın paytaxtla arasındakı məsafə 100 km-dir. ABŞ əsgərləri SSRİ-nin tikdiyi bazada somalili əsgərlərə təlimlər keçir.
Bundan başqa, “Röyters”in müxbiri paytaxtda ağır şəkildə zərbə endirilmiş İtaliya bayraqlı zirehli avtomobillər gördüyünü bildirib.