​SON DƏQİQƏ: ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutuldu

Baxış sayı:
4846

Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir. 
Məlumata görə, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.