​Son 9 ilin ən böyük partlayışı: 8 nəfər öldü

Baxış sayı:
22492

Kolumbiyanın paytaxtı Boqotoda bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, şəhər bələdiyyəsinin sədri Enrike Penalosanın verdiyi məlumata görə, partlayış yerli vaxtla 9:30-da polis akademiyasının çıxışında baş verib.
Olayda ən azı 10 nəfərin də yaralandığı bildirilib.
Ölkə mediasının yazdığına görə, son 9 ildə ilk dəfə Kolumbiyada belə güclü partlayış qeydə alınıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.