Son 11 ildə dünyada 900-dən çox jurnalist qətlə yetirilib

Son 11 ildə dünyada 900-dən çox jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə YUNESKO-nun məlumatında bildirilir.
“Son 11 ildə dünyada 930-dək jurnalist xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Orta hesabla, hər dörd gündən bir jurnalist ölür”, deyə məlumatda qeyd olunub. 
Məlumatda qeyd olunur ki, hər 10 jurnalist qətlindən 9-u cəzasız qalır. 
Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə hər il noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur.