SON 1 ildə 24 min müsəlman öldürüldü, 4 aylıq uşaq... - ŞOK HESABAT

Baxış sayı:
3979
Ötən ilin avqustundan bu günə kimi 24 mindən çox arakanlı müsəlman Myanma qüvvələri tərəfindən qətlə yetirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avstraliya, Banqladeş, Kanada, Norveç və Filippin araşdırmaçılarının yer aldığı Ontario Beynəlxalq İnkişaf Agentliyinin hesabatında yazılıb.
Agentliyin açıqlamasına görə, öldürülənlərin əksəriyyətinin cəsədi tonqala atılıb. Bundan başqa, Myanma əsgərləri 4 aylıq uşağı diri-diri yandırıblar.
Araşdırmada həmçinin, 40 mindən çox arakanlı müsəlmanın yaralandığı yazılıb.
Qeyd edək ki, Myanmanın ordu qüvvələri buddistlərin fitvası ilə minlərlə arakanlı müsəlmana qarşı soyqırım həyata keçirir. Bu zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 700 mini ötüb.