​"SOLDAN BİRİNCİ KÜÇƏ” təqdim olunacaq

Baxış sayı:
2074

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə yeni şerilər kitabının imza günü baş tutacaq.
 
Belə ki, 1 İyun saat 13:00-da  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə Xəyalə Sevilin yeni işıq üzü görmüş "SOLDAN BİRİNCİ KÜÇƏ” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
 
Tədbir Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada baş tutacaq.
 
Qeyd edək ki, "Zirvə" Tədris Mərkəzinin "ZirvəKitab" layihəsi çərçivəsində çap olunan kitabın redaktoru şair İntiqam Yaşardır.
 
Ünvan: Azərbaycan Milli Kitabxanası,"Sahil" metrosunun yaxınlığı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz)