​Soldado rəsmən “Fənərbaxça”da – 4,5 MİLYON AVROLUQ TRANSFER

“Fənərbaxça” “Villareal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib.
Muxalifet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
“Fənərbaxça”nın ispaniyalılı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.
Qeyd edək ki, R. Soldado ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.