ŞOK: Xəzər rayonunda rüşvət verməyən sakinlərə su verilmir - Dövlət hesabına evlərə su çəkilir, hər ailədən 250 manat toplayırlar

Baxış sayı:
44938

Xəzər rayonu sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirirlər ki, Binə qəsəbəsi və Südçülük sovxozu deyilən yaşayış sahəsinə dövlət hesabına su çəkilsə də, qanunsuz olaraq hər bir ailədən 250 manat pul toplanır. Məlumata əsasən, tələb olunan vəsaiti verməyən şəxslərin evini ötürərək, pul verən qonşusuna su borusu çəkilir. Sakinlər deyir ki, bu səbəbdən də qəsəbələrdə xaos və narazılıq yaranıb. Bildirilir ki, bu qəsəbələrdə indiyə kimi heç vaxt içməli su şəbəkəsi olmayıb. Sovet dövründən camaat içməli suyu maşınlardan alıb. Məişət tələbatları üşün isə ərazidən keçən su kanalından götürülən natəmiz sudan istifadə edilib. Narazı sakinlər deyir ki, “Azərsu” suyu onsuz da əhaliyə pul müqabilində satırsa, hansı məntiqlə çəkilişə görə pul tələb edilməlidir. Qeyd edək ki, rəsmi şəxslərə müraciətlər nəticə vermədiyindən, əhali arasında narazılıq günbəgün artmaqdadır. Muxalifet.az P.S. Mövzunu araşdıracağıq.