SOK XƏBƏR: Suriyada İsrailin GİZLİ SİLAHI tapıldı

Baxış sayı:
12118

Rusiya Suriyada “David Sapandı”raket sistemidən buraxılmış təkmilləşdirilmiş “yer-hava”tipli İsrail raketini ələl keçirib. Məlumata görə raket yerə enən zaman partlamayıb. Raketin 23 iyul 2018-ci ildə atıldığı iddia edilir.
Muxalifet.az bu barədə vz.ru-ya istinadla xəbər verir. 

Hadisə yerinə göndərilən Suriya qüvvələri raketi demək olar ki, cüzi zərərə uğramış vəziyyətdə tapıblar və araşdırma üçün Moskvaya göndərilməkdən ötrü Suriyadakı Rusiya bazasına çatdırıblar, deyə Yerusəlim Post yazır.
MigNews xəbər verir ki, “David Sapandı" sistemi iki il əvvəl istifadəyə verilib və döyüşdə ilk istifadəsi 23 iyul 2018-ci ildə baş verib - sistem Suriyada iki “Toçka” raketinin atılmasından sonra işləyib.
İsrail televiziyasının verdiyi məlumata görə, “David Sapandı” raketdən müdafiə sistemi İsrailə çatmayan və Suriya ərazisində partladığı iddia edilən Suriya raketlərini tutmayıb. Davud Sapandından iki raket atılıb, bunlardan biri Golan üzərində özü-özünü partladıb.
Qeyd olunur ki, "David Sapandı" raket tutma sistemləri İsrail ordusunda olan silahların ən bahalısıdır və onun harda yerləşməsi hərbi sirrdir.
"David Sapandı" 400 kilometrə qədər məsafədə də işləyir və S-400-ün birbaşa rəqibidir, Yerusəlim Post xəbər verir.
Qeyd edək ki, 2018-ci ilin İyul ayında "David Sapandı” işə salınmasından sonra F-35 İsrail ərazisindən də uçmuşdu.
Muxalifet.az