ŞOK XƏBƏR: Fətullah Gülən həbs edildi, Türkiyəyə gətirilir...

Baxış sayı:
2026

FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək.
 
Bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan "Tərs qütblər" verilişində deyib. O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır:
 
"Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq saxlanılıb və sabah Türkiyəyə gətirilir. O, sabah Türkiyədə olacaq".
 
***
 
Səslənən iddialarla bağlı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, Gülənin ABŞ-da saxlanılması barədə onlarda hər hansı məlumat yoxdur.
 
İ.Qalın buna baxmayaraq, FETÖ şəbəkəsinə qarşı mübarizənin qətiyyətlə aparıldığını vurğulayıb.