ŞOK: Ukrayna Rusiyaya qarşı bu ölkəylə İTTİFAQ QURUR

Baxış sayı:
6799

 Polşa və Ukraynanın orta mənzilli hava müdafiə sistemi yaradacaqları açıqlanıb.
 
Polşada keçirilən hava müdafiə problemləri haqqında elmi və praktiki konfrans zamanı çıxış edən Roman Muşal, "Polşa xüsusi müdafiə şirkəti WB Electronics Ukrayna ilə müştərək iş aparır, orta mənzilli havadan havaya idarə olunan raket sistemi inkişaf etdirmək üçün bir layihə üzərində çalışdıqlarını" söyləyib.
Sözügedən layihənin Ukrayna istehsalı R-27 havadan havaya idarə olunan raketin inkişaf etmiş bir versiyası olaraq düşünüldüyünü bildirən Muşal, "Bu da bir hava müdafiə sistemi üçün lazımi materialların çoxunun hazır olduğu anlamına gəlir. Motor, yanacaq, hədəf başları (aktiv, passiv və termal görüntüləmə) kimi hər şey hazır vəziyyətdədir" deyib.
Müxalifət.az