ŞOK: Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ... - VİDEO

Baxış sayı:
9055

Bu gün sosial şəbəkələrdə Türkiyədən Həcc mərasimi üçün gəlmiş zəvvarların Mədinə şəhərində təntənəli şəkildə qarşılanma mərasiminin görüntüləri yayılıb. 
Muxalifet.az-ın rusdilli İslam saytlarına istinadla təqdim etdiyi video-yazıdan Peyğəmbər(s) şəhərinə enən Türkiyə təyyarəsindən düşən qonaqların hava limanının  binasında bir qrup musiqiçi və digər şəxslər tərəfindən təşkil olunmuş xüsusi törənlə qarşılandığı bəlli olur. 
Ərəb dilində mahnı ifa edilir, türk zəvvarların başına zərlər səpilir, onlara xüsusi şirniyyatlar təqdim edilir, gül dəstələri verilir, fotoları çəkilir. Ən cəlbedici məqam isə ondan ibarətdir ki, türkiyəli zəvvarların qarşılanma mərasimində canlı oxunan məşhur ilahi Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın vaxtilə Mədinədə qarşılanması zamanı oxunmuş mahnıdır...
 
P.S. Türkiyəli zəvvarların Səudiyyə Ərəbistanında xüsusi qarşılanma törəninin hansısa siyasi məna kəsb edib-etməməsi barədə məlumat verilmir...