ŞOK: Televiziya kanalına 2 milyard dollar RÜŞVƏT VERDİ

Baxış sayı:
7162

Camal Kaşıkçı cinayətini anladan proqramın göstərilməməsi üçün Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Netfliks kanalına 2 milyard dolar rüşvet verdiyi iddia edilir.
Amerikalı komediyaçı Hasan Minhajın aparıcısı olduğu və Netfliks kanalında efirə gedən "Patriot Akt" adlı programın son buraxılışı Səudiyyə Ərəbistanı və bütün Yaxın Şərqdə senzuraya məruz qalıb. Qlobal televiziya şəbəkəsi olan Netfliks, Camal Kaşıkçı cinayəti və Yəməndəki müharibə ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın tənqid edildiyi proqramı efirə buraxmamaqla qalmaqala səbəb olub. Lakin qalmaqal başqa bir xəbərlə yenilənib. İddialara göre, Ərəbistan vəliəhd şahzadəsi Salman, Netfliksə 2 milyard dollar dollar pul dəyəcək. Bu ödənişin MENA bölgəsindəki reklam razılaşmaları vasitəsilə həyata keçiriləcəyi bildirilib. İnsan Hüquqlarını Müşahidə Təşkilatının Yaxın Şərq bölgəsi üzrə direktoru Sara Lih Vatson bu vəziyyətə etirazını bildirib: "Neftliks sənət, siyasət, komediya da daxil olmaqla heç bir azadlığa inanmayan bir hökumətin tələblərinə boyun əyirsə, deməli özü də azadlıq tərəfdarı deyil”./Hurriyyet.org