ŞOK: Sərxoş kişi onu sancan ilanı dişləyib öldürdü

Baxış sayı:
8158

Hindistanda kuryoz olay yaşanıb.

Milli.Az Indiatoday-a istinadla xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatının Etah vilayətinin Asrauli kəndində sərxoş kişi ilanı dişləyərək öldürüb.

Rajkumar adlı kişi onu sancan ilanı dişləyib, öldürüb. Həkimlərin və Rajkumarın atasının dediyinə görə, o, ilanı öldürən zaman alkoqolun təsiri altında olub.

Rajkumar ilanı dişləyərək iki yerə bölüb. Həkimlərin dediyinə görə kişinin vəziyyəti ağır olaraq qalır.

"Evdə oturduğumuz vaxt həyətimizə ilan girdi. Gəlib, oğlumu sancdı. Oğlum həmin vaxt sərxoş idi deyə, o da ilanı dişləyib iki yerə böldü. İndi oğlumun vəziyyəti ağırdır. Müalicə etmək üçün imkanımız çatmır", - Rajkamurun atası Babu Ram jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, onlar iki yerə bölünmüş ilanı yandırıblar.