ŞOK SƏRƏNCAM: İlham Əliyev hökmdarın 10 banka kürüsünü oğurlayan səfiri geri çağırdı

Baxış sayı:
5821

Prezidenti İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb.

Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Martın 7-də isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstrərilir.

Xəbər verdiyimimiz kimi səfir D.Şikarovun adı biabırçı oğurluq qalmaqalına qarışıb. Məlum olub ki,  diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. Söhbət 10 banka kürüdən gedir. Habelə səfirlikdə 500 min dollara yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb və hazırda bununla bağlı araşdırma aparılır.

Daşqın Şikarov 2016-cı ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərində səfir olub. Ondan əvvəl isə Azərbaycanın Pakistandakı səfiri vəzifəsini tutub.