ŞOK: Rusiyada İŞİD üzvləri yandırıldı - əməliyyatın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Baxış sayı:
6649

Rusiyanın Tümen vilayətində anti-terror əməliyyatı keçirilib.
“lenta.ru” saytı xəbər verir ki, əməliyyatın gedişatında İŞİD terror təşkilatının iki tərəfdarı məhv edilib.
Əməliyyatda təxminən 1500 təhlükəsizlik əməkdaşı iştirak edib. Məlumata görə, həyət evlərindən birində gizlənən İŞİD tərəfdarları Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyasının əməkdaşlarının təslim olmaq barədə tələbinə atəşlə cavab veriblər.
Bundan sonra, təhlükəsizlik əməkdaşları terrorçuların olduğu ərazini atəşə tutublar. Əməliyyatın gedişatında zirehli texnika və böyuk kalibrli silahlardan istifadə olunub.
Əməliyyat zamanı evində yanğın baş verib. Əməliyyatın sonunda evdə iki nəfərin cəsədi aşkar edilib.
İlkin məlumatlara görə, Tümenin dinc sakinlərindən heç kim zərər çəkməyib.
Qeyd edilir ki, İŞİD tərəfdarları insanların kütləvi toplaşdığı yerlərdə terror aktları planlaşdırırdılar./publika