​Şok QƏRAR: Bundan sonra müəllimlər maaş almayacaq

Baxış sayı:
8641

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir və burada xeyli qadağalar var. Son illər əhalinin yaşayış səviyyəsi çox aşağı düşüb.
Muxalifet.az xəbər verir ki, sabahdan bütün ali təhsil məktəbləri və elmi müəssisələrin büdcədən maliyyələşdirilməsi dayandırılacaq. Asiya ölkəsinin dövlət informasiya agentliyi bununla bağlı məlumat yayıb.
Bu məsələ Mühəndis-Texnologiya Universietində keçirilən konfransda ali məktəb müəllimlərinin və tələbələrin nəzərinə çatdırılıb. Onlara bildirilib ki, bundan sonra bazar şərtlərinə uyğunlaşmaq lazımdır. Büdcədən maliyyələşmə dayandırılır, özünümaliyyələşdirmə başlanır.
Türkmənistan hökuməti iddia edir ki, bu, resurslardan rasional istifadəyə şərait yaradacaq, yeni biznes imkanları açacaq, investorların diqqətini çəkəcək. Agentlik əmin edir ki, konfransa toplaşanlar işə məsuliyyətlə, peşəkarcasına yanaşmağa, ortaya zəhmət və yaradıcı təşəbbüs qoymağa hazırdırlar.
Yaxın üç ildə elmlər akademiyasına da büdcədən maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulub.
Açıq-aşkar görünür ki, Türkmənistan hökuməti daha müəllimlərə maaş, tələbələrə təqaüd vermək fikrində deyil. Yəqin ali məktəb ocaqlarının rüşvət sayəsində ayaqda dayanması gözlənilir.