ŞOK QƏRAR: ABŞ-da "satanizm" rəsmi din kimi qəbul olundu

Baxış sayı:
5446

Allahın lənətlədiyi şeytana tapınan “Şeytan Məbədi” adlı qrup ABŞ-da rəsmi din kimi tanındıqlarını açıqlayıb. 

Azğın qrupun sosial media hesabından edilən açıqlamada, "Tarixdə ilk dəfə şeytan bir təşkilatın ABŞ hökuməti tərəfindən rəsmən tanındığını məmnuniyyətlə bəyan edirik", ifadələrinə yer verilib.
 
Gənclər üçün böyük təhlükə saçan “satanizm” ABŞ-da rəsmi bir din kimi qəbul edilib.
Şeytan qrupun internet saytında yer alan məlumatda, Milli Gəlirlər İdarəsi IRS tərəfindən də təsdiqləndiyi bildirilib.
Məlumatda həmçinin, “Şeytan Məbədin” eynilə digər dinlərdə olduğu kimi, ictimai yerlərdə və hər kəs üçün açıq olacağı vurğulanıb və "Hökumətdən aldığımız razılıq dini ayrı-seçkiliklə bağlı məhkəmələrdə də rəsmi şəkildə mübarizə etməyimizi və inanc əsaslı dövlət qrantları üçün dövlətə müraciət etməyimizi təmin edəcək", - deyə qeyd edilib.

Müxalifət.az