ŞOK: Qızdırmalı 24 Azərbaycan vətəndaşı Balakən üzərindən Gürcüstana keçməyə cəhd etdi - PASPORTLARINI DƏYİŞİBLƏR...

Baxış sayı:
4540

Bu gün martın 9-da Azərbaycan ərazisindən Gürcüstana yüksək hərarəti olan 25 şəxs keçməyə cəhd edib.

Onlar Balakən rayonu istiqamətindən, Laqodexi sərhəd-keçid məntəqəsindən qonşu ölkənin ərazisinə daxil olublar və saxlanılıblar.

Gürcüstanın xəstəliklərə nəzarət və ictimai sağlamlıq Mərkəzinin Kaxeti regional şöbəsinin rəhbəri Neli Xizanişvili bildirib ki, onlardan 24-ü Azərbaycan, 1-i Ukrayna vətəndşı olub. Bu şəxslərin hamısı pasportların dəyişərək özlərinin səyahət tarixçəsini gizlətməyə çalışıblar.

“25 xarici vətəndaş yüksək hərarətlə və yeni pasportlarla sərhədi keçməyə cəhd edib. Yeni pasportlarda onların səyahət tarixçəsi əksini tapmır, buna görə də tamamilə mümkündür ki, sərnişinlər risk qrupu ölkələrində olublar. Azərbaycan İranla sərhəddə hərəkəti məhdudlaşdırdıqdan sonra sərnişin axını azalmışdı, indi yenidən artıb”,-Xizanişvili bildirib.

Hazırda sərhəddə saxlanılanlar Kaxetiya xəstəxanalarından birindədir./Virtualaz.org