ŞOK: Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO

Baxış sayı:
12136

Türkiyənin Tekirdağ bölgəsinin Çerkezköy rayonunda qadın platonik aşiq olduğu iş yoldaşını öldürüb.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı Filiz işdən sonra Mehmet adlı iş yoldaşı ilə gəzməyə çıxıb. 

Bu zaman Filiz Mehmetə onunla evlənmək istədiyini deyib. Qarşı tərəfdən rədd cavabı alan qız cibindəki silahı çıxarıb və oğlana atəş açıb. 

Mehmet hadisə yerində keçinib. Cinayət yerinə gələn polis intihara cəhd edən Filizi fikrindən yayındıra bilib.

Hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.

Videonu izləmək üçün şəklə klikləyin: 

Tükiyədə qız "yox" cavabı aldığı oğlanı güllələdi