ŞOK QALMAQAL: Rusiya Breksit referendumuna MÜDAXİLƏ EDİB

Baxış sayı:
485

İngiltərədə müxalifət, Boris Conson hökumətinin Rusiyanın Breksit referendumuna müdaxilə etdiyinə dair məruzənin yayımlanmasının qarşısını alaraq, faktları gizlətdiyini iddia etdi.
Muxalifet.az 
bu barədə "Hürriyet"ə istinadla xəbər verir.

Böyük Britaniyada, Rusiyanın ölkədə referenduma müdaxilə etdiyinə dair parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi tərəfindən hazırlananan məruzənin açıqlanmasına mane olmaq barəsində müzakirələr davam edir. Ana müxaliftədə olan Leyboristlər Partiyasının XİN naziri Emily Thornberry, açıqlamasında, hökumətin məruzənin yayılmasının 12 dekabr seçkilərinə qədər gecikdirməsini “tamamilə haqsız, tayı-bərabərinin görünməmiş olduğunu və siyasi səbəblərdən əmələ gəldiyini” iddia etdi.
"Downing küçəsi ( Baş Nazirlik) niyə bu qədər narahatdır? deyə soruşan Thornberry, " Başa düşdülər ki, bu məruzə Rusiyanın Breksit və Mühafizəkarlar Patiyasının hazırki idarəçiləri arasındakı əlaqəyə aid başqa məsələlər də üzə çıxara bilər”, deyə ifadə etdi.
Thornberry, məruzədə Baş nazir Consonu “yaxşı bir dost” hesab edən və casus olmaqda təqsirləndirilən Serqey Nalobin ilə münasibət, 1990-cı illərdə Rusiyada işləyən Consonun köməkçisi Dominic Cummingsin əlaqələri, Mühafizəkar Partiyaya Rusiyadan verilən hədiyyələr haqqında suallara cavablar ola bilər", deyə danışıb.
Xatırladaq ki, Böyük Britaniyada Moskvanın müdaxiləsinə dair araşdırma, 2016-ci il AB referendumunda Rusiyadan idarə olunan Twitter hesablarından 48 saat içində 45mindən çox mesaj paylaşılmasından sonra başlanmışdı. GCHQ, MI5 ve MI6 kimi İngiltərə kəşfiyyat xidmətləri, Rusiyanın seçkilərin nəticələrini dəyişdirməsinə dair Parlamentə sübutlar təqdim etmişdi.     
Muxalifet.az