​ŞOK: Putin Kürd dövləti yaradır

Əsədin Moskva səfəri dünya dövlətləri tərəfindən tənqid edilib

Suriya prezidenti Bəşər Əsədin oktyabrın 21-də gecə Moskvaya qəfil və gözlənilməz səfəri Türkiyə daxil olmaqla bir çox dövlətlərin etirazına səbəb olub.
ANS PRESS-in məlumatına görə, ABŞ və Avropa rəsmiləri səfərin Suriya münaqişəsini daha da dərinləşdirəcəyi barədə açıqlama veriblər.
Ən sərt münasibət isə Türkiyədən gəlib. Səfərə münasibət bildirən ölkənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Suriya xalqının rahat nəfəs alması üçün kaş Bəşər Əsəd Moskvada qalardı.
Məlumata görə, Putin və Əsəd arasındakı görüşü işıqlandırmaq üçün xarici jurnalistlər dəvət edilməyib. Kreml ancaq öz foto və məlumatlarını yayıb. Səfər barədə məlumat Əsəd öz ölkəsinə qayıtdıqdan sonra yayılıb.
Əsədin gizli səfərini baş nazirlə yanaşı prezident Rəcəb Tayyib Ərdoğan da tənqid edib. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Türkiyəni Bəşər Əsədin Moskva səfərinə çıxması yox, onun nümayəndə heyətinin tərkibi düşündürür. Çünki mətbuatda yayılan məlumatlara görə, Əsədin heyətinin tərkibində Suriyada Bəşər Əsədi dəstəkəyən kürd silahlıların nümayədələrinin sayı çoxluq təşkil edib.
Bu isə Türkiyənin narahatlığına səbəb olmaya bilməz. Çünki 30 ildən çoxdurki, Türkiyə kürd silahlılarla mübarizə aparır. Elə Ərdoğanda Putinlə telefon danışığında bu məsələnin müzakirəsinə üstünlük verib.
Danışıqlar zamanı Ərdoğan Demokratik Birlik Partiyası (PYD) bizim üçün terror təşkilatıdır deyərək, Putinə onlarla əməkdaşlıqdan uzaq durmağı təklif edib. Ərdoğan PYD ile iş birliyini müttəfiqliyin sona çatması kimi qiymətlədirib.
Əsədin qəfil səfərini və nümayəndə heyətinin tərkibini şərh edən keçmiş diplomat Fikrət Sadıqov bildirdi ki, qısa zaman ərzində ciddi məsələlərin müzakirə olunmasaydı, Putin dərhəl Türkiyənin, Səudiyyə Ərəbistanın və Misirin prezidentləri ilə telefon danışığı aparmazdı.
“Bu danışıqların hər biri regionun gələcəyi ilə bağlıdır. Ola bilsinki, Rusiya və Qərb koalisiyası güclərini birləşdirməsi və terrorçuluğa qarşı mübarizəni gücləndirməklə bağlı məsələlər müzakirə edilib. Rusiyanın iki hədəfindən biri İŞİD-ə qarşı mübarizədirsə, digəri Əsədin hakimiyyətinin möhkəmləndirilməsidir. Putin bilir ki, Bəşər Əsədin hakimiyyətdən getməsi Rusiyanın regionda zəifləməsi deməkdir”.
Baş verənlər göstərir ki, Rusiya Suriyadan və regiondan asanlıqla çıxmayacaq. Bu isə ABŞ-ı və Qərb ölkələrini qıcıqlandırmaya bilməz. Bu səbəbdən maraqları toqquşan dövlətlər özlərinə yaxın silahlı birləşmələri dəstəkləməklə nüfuzlarını möhkəmlədirmək niyyətlərinin olduğu ortaya çıxır.
Suriyada ən böyük etnik qruplardan biri kürdlərdir. Kürdlərin isə uzun illərdir ki, dövlət yaratmaq arzusu var. İraq və Suriyanın Türkiyə ilə sərhədlərinə nəzər saldıqda sərhəd boyu ərazilərin kürdlərin nəzarəti altında olduğunu görmək olar. Elə bu səbəbdən Bəşər Əsədin nümayəndə heyətinin tərkibində kürdlərin üstünlük təşkil etməsi maraq doğurmaya bilməz.
Keçmiş diplomatın sözlərinə görə, Bəşər Əsədə dəstək verən kürdlərin Suriyada o qədər də nüfuzu yoxdur: “Suriyada kürdlər iki qola ayrılır. Onların bir qolu Əsədə dəstək göstərir. Amma ABŞ-a dəstək verən qrup Əsədin dəstəkçilərindən daha güclüdür. Kürd silahlıları ABŞ-a və Əsəd qüvvələrinə əbəs yerə dəstək göstərmir. Onların əsas məqsədlərindən biri dövlət yaratmaqdır”.
Fikət Sadıqovun sözlərinə görə, regionda toqquşan iki dövlətin maraqları bəzi hallarda eyni olduğunu görmək olur.
“Tarixə nəzər saldıqda kürd məsələsində də bu dövlətlərin maraqlarının üst-üstə düşdüyü hiss edilir. Hazırda da ABŞ və Rusiyanın kürdlərə dəstək məsələsində fikirlərinin ortaq olduğunu görmək olar. Artıq İraqın şimalında aparıcı dövlətlərin dəstəyi ilə kürd muxtariyyatı yaradılıb.
Bu isə Türkiyənin maraqlarına uyğun gəlmir. Çünki Türkiyənin ərazisində həyata keçirilən terror aktlarının əksəriyyətini PKK silahlıları törədir”.
Elə bu terror aktlarına görə də, Ərdoğanın Putinlə telofon danışığının əsas hissəsi kürd silahlılarına dəstəklə bağlı olub. Çünki Türkiyəni isə əsas maraqlandıran Suriyada və digər regionlarda kürd silahlıların güclənməsidir. Belə bir məqamda Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov, terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD-nin rəhbərlərindən biri Asiya Osmanı qəbul etdi.
Nazir müavini görüşdə kürd qrupların Suriyadakı terrorçulara qarşı mübarizə aparmalı olduğunu deyib. Rusiyalı rəsmi şəxsi kürd silahlıların nümayəndələri ilə görüşməsi Türkiyənin regionda necə çətin vəziyyətdə olduğunu ortaya qoyur. Çünki bir müddət əvvəl ABŞ-ın silahlılara dəstək veriyi qrupların siyahısında PYD –nində adı vardı. Amma ABŞ və Rusiya Türkiyəyə müttəfiq deyirlər.Bütün bu ikili standartların fonunda Yaxın Şərq regionunda çox qarışıq vəziyyət yaranıb.
Vəziyyət o qədər gərgindir ki, müsəlman dövlətin başçısı Bəşər Əsəd müsəlman Türkiyənin hava sərhədindən uçmaqdan imtina edib. Amma regionun əsas fiqurlardan olan olan Ərdoğan və Putin bütün açıq qalan suallara cavab tapmaq üçün bir-birlərinə şans veriblər. Onlar Ankarada keçiriləcək 20G sammitində suallara cavab tapmağa çalışacaqlar.