ŞOK: Professorun çantasından öldürdüyü tələbə sevgilsinin qolu tapıldı

Baxış sayı:
396

Rusiyanın tanınmış tarixçi professoru Oleq Sokolov keçmiş tələbəsi olmuş sevgilisini öldürdüyünü etiraf edib.

Professorun vəkilinin dediyinə görə, Oleq Sokolov bu etirafı Neva çayının sağ qolu olan Moyka çayında qadının qolları içində olan çantası tapıldıqdan sonra edib.

Rusiya mediasının xəbər verdiyinə görə, 63 yaşlı Oleq Sokolov sərxoş olub və cəsədin hissələrini çaya tullayarkən özü də suya düşüb.

Bundan sonra polis 24 yaşlı Anastasiya Yeşşenkonun başı bədənindən ayrılmış cəsədini professorun Sankt-Peterburqda yaşadığı mənzilində tapıb.

Professor Sokolov Fransanın Légion d'Honneur mükafatına layiq görülmüş Napoleon üzrə tarixçidir.

"O, günahını etiraf edib", - professorun vəkili Aleksandr Poçuyev AFP agentliyinə bildirərək əlavə edib ki, Oleq Sokolov etdiyi əməlindən peşman olub və istintaqla əməkdaşlıq edir.

Xəbərlərə görə, professor Sokolov mübahisə zamanı sevgilisini öldürdüyünü və sonra onun başını, qollarını və ayaqlarını mişarlayaraq cəsəddən ayırdığını polisə söyləyib.

Deyildiyinə görə, o, cəsədi tulladıqdan sonra camaat qarşısında Napoleon geyimində intihar etməyi planlaşdırırmış.

Tarixçi-professor Napoleon haqqında yazdığı bir neçə kitabın müəllifidir və eyni zamanda bir sıra filmdə tarixçi-məsləhətçi qismində də iştirak edib.

O, Anastasiya Yeşşenko ilə birlikdə bir neçə əsərin həmmüəllifi olub.

Oleq Sokolov və Anastasiya Yeşşenko Fransa tarixi sahəsində ixtisaslaşıblar və o dövrün geyimlərini geyinməkdən, zövq alırlarmış, xüsusən də, professorun Napoleon geyimində görsənməkdən xoşu gəldiyi qeyd olunur.

AFP xəbər verir ki, tələbələr Oleq Sokolovu fransız dilində danışan istedadlı bir professor kimi təsvir ediblər.