​ŞOK OLAY: Uşağının atası doğma DAYISI ÇIXDI

Baxış sayı:
19357

Türkiyənin Ərzurum şəhərində 14 yaşlı bacısı qızına cinsi istismar etdiyi iddiasıyla dayı M.İ.nin 1-ci Ağır Cəza Məhkəməsində mühakimə olunmasına davam ediib.
Muxalifet.az "Posta" qəzetinə istinadən xəbər verir ki, N.N.nin 2 aylıq hamilə olduğu məlum olduqdan sonra məhkəmə qərarı ilə hamiləliyi başa çatdırılıb. İstanbul Adlı Tibb Müəssisəsindən məhkəməyə göndərilən hesabatda, döldən alınan nümunədə atanın 99,9 faiz dayı M.İ. olduğu bildirilib.
Dayısının ilk istismarına məruz qaldığı dövrdə vəziyyəti gəlininə danışdığını ifadə edən N.N, "gəlinim mənə "qızım, həll edəcəyəm" deyərək canını qurtardı. Anam və nənəmə danışdığını söylədi. Mən olanlardan qorxduğum üçün ilk hadisəni təkzib etdim və inkar etdim. Dayım isə dayanmadı. Ən son hadisə yeni getdiyimiz evdə baş verib. Bu hadisədən sonra da o, hər imkan düşdükcə məni dəfələrlə istismar edib. Mən qorxduğum üçün hadisəni insanlara izah etmədim" deyib.
Qızın anası G.N. qardaşından şikayətçi olarkən, ittihamları qəbul etməyən M.İ. İsə yeznəsinin həbsxanada olduğu üçün özünün bacısının evində qaldığını bildirdi. M.İ, "qızın iddia etdiyi kimi cinsi xarakterli istismar etməmişəm. Aramızda hər hansı bir ədavət yoxdur. Niyə belə bir şey deyib bilmirəm. Evdə bir otaqda yatdığımız doğrudur, ancaq otaqda onun anası, qardaşları, nənəsi də var" deyib.
Məhkəmədə prokuror dayıya 30 il həbs istəyib.