ŞOK MƏLUMAT: Gürcüstan rus nazirlərin ölkə üzərindən İrəvana uçuşuna icazə verməyib

Baxış sayı:
1863

Məlum olduğu kimi, bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoygu ilə Xarici İşlər naziri Sergey Lavrov əvvəl Ermənistana, daha sonra isə Azərbaycana səfər ediblər. 
 
Maraqlıdır ki, rus nazirləri səfərlərinə daha qısa marşrut olan Gürcüstandan üzərindən yox, Türkiyə üzərindən uçmağa üstünlük veriblər.
 
Ovqat.com-un məlumatına görə, dünyada bütün avia uçuşları qeydə alan flightradar24 portalı da bu faktı qeydə alıb.
 
Rusiya rəsmiləri həmin müəmmanı Türkiyə xəttinin daha təhlükəsiz olması ilə izah etsələr də, bu iddia xeyli şübhə doğurur. Çünki Gürcüstanda hər hansı savaş durumu yoxdur və ölkə öz hava sahəsinə kifayət qədər nəzarət edə bilir. Elədirsə, rus rəsmilərinin qısa yolu qoyub daha uzun yolu tərcih etmələrinin bir başqa səbəbi olmalıdır.
 
Əldə etdiyimiz məlumat bu müəmmaya aydınlıq gətirir. Məlumata görə, rus rəsmilərinin Gürcüstan üzərindən Ermənistana uça bilməmələrinin çox sadə bir səbəbi var: Tbilisi bu uçuşa izn verməyib
 
Mənbəmiz bu faktı Gürcüstanın rus rəsmilərinin səfər etdikləri təyyarənin ölkə üzərində hərbi kəşfiyyat işləri aparmayacağından əmin olmamaları ilə əsaslandırıb.