ŞOK: MKİ İNSANLARI NECƏ “CANLI BOMBA” OLMAĞA VADAR EDİR...

Terror törətmək üçün Türkiyəyə keçərkən yaxalanan misirli "Əbu Zeyd” adlı terrorçu, “Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), ailələri girov saxlanılan bəzi şəxslərə müxtəlif ölkələrdə “canlı bomba” olmağa məcbur edir" deyə, etiraf edib.
 
ABŞ-ın PKK/PYD və İŞİD-lə apardığı gizli tərəfdaşlıqlar ortaya çıxmağa başlayıb. Suriyada işğal etdiyi yerləri PKK-ya təhvil verərək missiyasını tamamlayan İŞİD, ABŞ və PYD-nin qoruması altında Rakkanı tərk edib.
PKK-nı meydana gətirmək məqsədi ilə 2013-ci ilin ortalarından etibarən Suriya müharibəsinə daxil edilən İŞİD, 2014-2017 illər arasında Suriya və İraqda ölkənin 3-də 1-nə nəzarəti təmin etmişdi. ABŞ və müttəfiqləri tərəfindən 2016-ci ildən etibarən ləğv edilməyə başlanılan təşkilat, hakim olduğu bölgələri PKK və Peşmərgəyə təhvil verərək “meydanı” tərk etməyə başladı. 2003-cü ildə İraq işğal olunandan sonra ABŞ tərəfindən Əbu Gureyb həbsxanasında əsası qoyulan İŞİD-in 70 faizini əcnəbi terrorçular təşkil edirdilər. İraqda Mosulu, Suriyada isə Rakkanı mərkəz olaraq seçən İŞİD-ın son dövründə bir çox terrorçular ərazilərdən məhz ABŞ-ın sayəsində sağ-salamat çıxarılıb. Rakkadan çıxanların arasında Türkiyədə yaxalanan misirli terrorçu "Əbu Zeyd” də var. Sorğu zamanı “Əbu Zeyd" terrorçuların Rakkadan çıxarılma prosesinin sentyabr ayından başladığını deyib. Onun etirafına görə, Rakkadan bütövlükdə 2 mindən artıq terrorçu burnu belə qanamadan ABŞ və PKK tərəfindən şəhərdən çıxarılıb. “Əbu Zeyd”in bildirdiyinə əsasən, bəzi xüsusi tanınan terrorçulara MKİ müxtəlif ölkələrdə canlı bomba olma şərti ilə Rakkadan çıxmağa imkan verib:
 
İŞİD-çıların AİLƏLƏRİ GİROV OLARAQ SAXLANILIR
 
"İdlibdə Türkiyə Ordusuna qarşı döyüşmək üçün Rakkadan Hamaya çox sayda İŞİD-çılar köçürülüb. Mən də bu məqsədlə Hamaya göndərilmişəm. 3 min 500 dollar qarşılığında bir qaçaqmalçının köməyi ilə və yalnız gecələr hərəkət edərək Türkiyə sərhədinə çatdıq. İraq və Suriyadan çıxarılan İŞİD-çıların ailələri girov saxlanılır. Bir çoxunu canlı bomba aksiyalarında istifadə etmək üçün ABŞ və PKK əllərində saxlayırlar. Hətta Rakkadan çıxarılanlardan bir qismi Suriyada ABŞ –ın inşa etdiyi hərbi hava limanında yerləşdirilib".
 
ŞƏBƏKƏNİ ABŞ İDARƏ EDİR
 
ABŞ tərəfindən Hamaya gətirilən və Türkiyəyə sızmağa çalışan İŞİD-çi terrorçunun ifadələrindən sonra bölgədə əməliyyat nəticəsində eyni məqsədlə Türkiyəyə terror törətməyə gələn daha 8 adam saxlanılıb.Saxlanılanlar terrorçuların nəql prosesini PKK-nın deyil, ABŞ-ın yönəltdiyini və bu işdə müxtəlif ölkələrdən gələn yüksək vəzifəli kəşfiyyatçıların iştirak etdiyini deyiblər. Rakkada 6 ay maliyyə işləri ilə məşğul olduğunu deyən “Əbu ər-Riyad” adlı başqa bir İŞİD-çı, son 4 ayda bir çox ölkəyə ABŞ kəşfiyyatı vasitəsilə canlı bombaların göndərildiyini etiraf edib.
 
PROSESƏ KƏŞFİYYAT QURUMLARI NƏZARƏT EDİR
 
Rakkada Ömər Şişhani və bəzi çeçenlərlə yaxın əlaqədə olduğunu deyən “Əbu ər-Riyad”, bir vaxt İŞİD-in baş qərargah rəisi vəzifəsi verilən Şişhaninin Rusiya xüsusi xidmət orqanları üçün çalışdığını irəli sürüb. Şişhaninin Gürcüstan ordusunda keçmiş bir zabit olduğunu və 1990-cı ilin ortasından etibarən Rusiyanın gizli xidmətinə işlədiyini deyən “Əbu ər-Riyad”, "Rus kəşfiyyatı onu 2012-ci ildə Əfqanıstana göndərmək qərarı almışdı, ancaq Suriya müharibəsinin başlanması ilə o, Suriyada fəaliyyət üçün tapşırıq alıb" deyə, bildirib. O, bundan başqa, "İŞİD içərisində bütün inzibati mexanizmlər kəşfiyyat təşkilatları tərəfindən istiqamətləndirilir və müəyyən bir məqama gəldikdən sonra bu vəziyyəti hamı bilir, ancaq ölüm qorxusu səbəbindən susmaq məcburiyyətində qalırlar" deyə, söyləyib.
 
SƏRHƏDDƏN QAÇAQ KEÇİD
 
Rakkadan təxliyə edilən İŞİD-çıların ailələri də insan qaçaqmalçıları tərəfindən Türkiyəyə keçirilir. Suriya-Türkiyə sərhəddindəki Dirək adlı bir qaçaqmalçı, “Son bir neçə həftədə Rakkadan ayrılıb, Türkiyəyə getmək istəyən çox sayda ailə olub. Təkcə bu həftə mən özüm 20 ailə keçirmişəm. Çoxu əcnəbidir, amma içlərində Suriyalılar də var" deyə, etiraf edib. Bu yöndə BBC-yə açıqlama verən Dirək, adambaşına 600 dollar, ailə başına da 1500 dollar pul aldığını söyləyib. Türkiyənin sərhədə nəzarəti sıxlaşdırması ilə qanunsuz keçidlərin çətinləşdiyini bildirən qaçaqmalçılar, "Bəzi bölgələrdə pilləkənlərdən istifadə edirdik, bəzi bölgələrdə çayı, bəzi bölgələrdə də dik dağları keçirdik. Çox çətin bir vəziyyətdir" deyə, etiraf ediblər.

Müxalifət.az