ŞOK: Meri maşına bağlayıb küçələrdə sürüdülər - VİDEO

Baxış sayı:
13123

Meksikanın Çiapas ştatının Las-Marqaritas şəhərinin sakinləri bələdiyyə administrasiyasının rəhbəri Xorxe Eskandonanın əllərini iplə maşına bağlayaraq küçələrdə sürüyüblər.

“Qafqazinfo”nun “El Universal” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb vətəndaşların merin işindən narazı olması olub. Belə ki, o, vəzifə başına keçməzdən öncə sakinlərə yeni yollar quracağını vəd etsə də, sonradan çox sayda müraciətlərə məhəl qoymayıb.

Məlumata görə, Las-Marqaritasda polislə toqquşma nəticəsində ən az 11 nəfər yaralanıb, daha 30-a yaxın insan saxlanılıb. Bələdiyyə başçısı sağdır, ona lazımi tibi yardım göstərilib.

<iframe src="https://qafqazinfo.az/news/player?id=266130&l=/uploads/files/mer.mp4" width="100%" height="360" frameborder="0" scrolling="no" allowfullscreen></iframe>

<iframe src="https://qafqazinfo.az/news/player?id=266130&l=/uploads/files/--Vd5QrWw-e..." width="100%" height="360" frameborder="0" scrolling="no" allowfullscreen></iframe>