ŞOK İFADƏ: Atasını belə baltaladı...

Baxış sayı:
2626
Atasını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Lent.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılıb. 
 
Qadir Cahangirov Şamaxı şəhərində yaşayıb. İstintaq zamanı məlum olub ki, Q.Cahangirov ailə üzvləri ilə birlikdə yaşadığı evdə 0,5 litr spirtli içki qəbul edib və ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub. O, saat 19 radələrində yenidən spirtli içki almaq üçün arvadı Cahangirova Yeganə Səməd qızından 1 manat pul tələb edib. Arvadı pul verməkdən imtina edəndə əsəbiləşib və evdə olan bütün əşyaları dağıdıb. Onu sakitləşdirməyə gələn atası Arif Cahangirovla mübahisə edib. Bu zaman daha da əsəbiləşib və atasını öldürmək qərarına gəlib. Qadir Cahangirov görüb ki, atası talvara gedir. Evdə olan baltanı götürək onun arxasınca gedib. Bacısı ona mane olmaq istəyib. Lakin Q.Cahangirov onu itələyərək yerə yıxıb və zərərsizləşdirib. Və beləliklə, oğul atasını başına balta ilə zərbə vurmağa başlayıb. Ağır zərbələr alan yaşlı ata yerindəcə ölüb.
 
Q.Cahangirov ifadə verərkən özünü təqsirini etiraf edib. O bildirib ki, 2012-ci ildə qızı Mahirə intihar edəndən sonra əsəbləri çox korlanıb və o vaxtdan içkiyə aludə olub:  “Həmin gün bacım və yoldaşım işdə idi. Səhər 11 radələrində evdə dovğa yeyirdim, yanında 250 qram araq da içdim. Sonra günorta yemək yeyərkən yenə də 250 qram araq içməyə davam etdim. 3-4 saat keçdi. Axşam idi, yoldaşım Yeganədən araq almaq üçün 1 manat pul istədim. Lakin o mənə ər evində olan qızım Arifənin yanına gedəcəyimizi dedi. Eyni zamanda Arifənin qayınanasının dindar olduğunu xatırlatdı. Anlatdı ki, içkili vəziyyətdə ora getmək olmaz. Buna çox əsəbiləşdim. Həyətdə Yeganə ilə mübahisə elədim. Evə girib qışqır-bağır saldım”.
 
Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxtı atası Arif onlara gəlib: “Atam “Qurban Bayramı” günü araq içdiyimə görə məni danladı. Özümdən çıxdım və əlimlə onu itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə də daxmaya qaçdım ki, əlimə balta alım. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım və odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurmağa başladım. Zərbənin gücündən yerə yıxıldı, başından qan axmağa başladı”.
 
Qadir Cahangirov bildirib ki, atasını vurandan sonra balta ilə özünə də zərbələr vurub: “Atamı yerdə qanın içində gördüm, pis oldum. Daxmaya qayıtdım. Öz başıma təxminən 4-5 zərbə vurdum. Huşumu itirdim. Gözümü açanda xəstəxanada idim”.
 
Təqsirləndirilən şəxs atasını öldürdüyünə görə peşman olduğunu deyib: “Atam yeyib-içməyimə həmişə qarışırdı. Araq içəndə məni uşaq kimi danlayırdı. Həmin gün də məqsədim atamı yox, özümü öldürmək idi. Onunla aramda əvvəllər də xırda mübahisələr olub, məni danlasa da heç vaxt onu ölümlə hədələməmişəm, öldürməyə cəhd etməmişəm, lakin atamın mənə qarşı çıxmasından bezmişdim”.