ŞOK İDDİA: Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirəcək

Baxış sayı:
402

“ABŞ prezidenti 7,5 saniyə ərzində dünyanın sonunu gətirə bilər”.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Universiteti İctimai Siyasət Fakültəsinin professoru və “Newsweek” dərgisinin köşə yazarı Robert Reyx bildirib.

Professorun sözlərinə görə, Tramp artıq heç də rasional davranmır. Bu da getikcə təhlükəli səviyyəyə yaxınlaşır. Onun balanssız davranışları
hər gün getdikcə daha da artır. Professor Reyx qeyd edib ki, Trampın Danimarkaya Qrelandiya adasının satılmmamağı üçün səfərdən boyun qaçırmağı, habelə, Taliban qruplaşması ilə Kamp Daviddə keçiriləcək sülh görüşünü ləğv etməyi və bunu tvitterdən elan etməsi olduqca anormal haldır.

Robert Reyx bildirib ki, ABŞ prezidenti hər ötən gün daha da pisləşir: "Zənnimcə, artıq heç kimin qəbul etmək istəmədiyi o gerçəklə
üzləşməyin zamanıdır. Gördüyümüz bu faciəli mənzərə kəskin narsizm və möhyəşəmliyin, ucalığın nümunəsi deyil. Bu, heç eqo da deyil. 
ABŞ prezidenti həqiqətən də qorxulu və təhlükəli vəziyyətdədir. Bu cür insanın belə bir vəzifədə oturmağı getdikcə daha da absurdlaşır. 
Çünki o hər an dünyaya böyük zərərlər verə bilər. Biz 14 aydan sonra seçkilərdə onu oturduğu kreslodan qaldırıb, göndərə bilərik. Amma, o, 7.5 saniyə ərzində dünyanın sonunu gətirə bilər."

Trump Robert Reich ile ilgili görsel sonucu

Robert Reyx

Reyx iddia edir ki, Tramp tutduğu prezidentlik postundan getməmək üçün vətəndaş müharibəsi də başlada bilər:

"Artıq onun öhtəsindən gəlmək o qədər də asan olmayacaq. Əmin ola bilərik ki, o, prezidentliyindən özünün istəyi ilə əl əkməyəcək. Qazanmaq üçün nələr edə biləcəyini düşünən zaman isə, insanın beyni donur. Rusiyaya özünün daha çox pis işlərinimi görüdürər? Ədliyyə Nazirliyinə müxalifətçilərin həbs edilməsi təlimatınımı verər? ABŞ-da doğulmayanların səsvermə hüququndan istifadə edə bilməməsini əngəlləyərmi? Tamam başqa bir müharibəmi başladar? Suallar çoxdur və cavab tapmaqda acizik. Zatən heç bir ABŞ prezidenti öz postunu asanlıqla tərk etməyib. Riçard Niksona gəlincə isə, o, nələr olduğunu gördüyü üçün vəzifəsindən istefa vermişdi. Amma bu Tramp üçün keçərli deyil. O, vətəndaş müharibəsi başlatmaqdan belə çəkinməz. Bütün bunlara görə, Trampın prezidentlikdən getməyi vacibdir. Dua edək ki, qarşımızda olan 14 ayı sağ-salamat yola verək."