ŞOK İDDİA: Səudiyyə vəliəhd şahzadəsi 2 güllə ilə vuruldu

Baxış sayı:
5086

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, 27 gündür ortalarda görünmür. İranın ifrat mühafizəkar meylli “Keyhan” qəzeti, bir Ərəb kəşfiyyat xidmətinə istinadən, Səudiyyənin vəliəhd şahzadəsinin keçən ay həyata keçirilən dövlət çevrilişi cəhdində öldürülmüş ola biləcəyini iddia edib.
 
Bir Ərəb ölkəsinin yüksək səviyyəli rəsmilərinə göndərilən kəşfiyyat hesabatını gördüyünü iddia edən İranın “Keyhan” qəzeti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın 21 apreldə sarayına təşkil olunan hücumda öldürülmüş ola biləcəyini yazıb.
 
İRAN QƏZETİ: ŞAHZADƏ 2 GÜLLƏ İLƏ VURULDU
 
Hesabata görə, hücum zamanı şahzadə Məhəmməd bin Salmanın iki güllə ilə vurulduğunu qeyd edən qəzet, aprel ayının sonlarından bəri heç ortada olmadığına görə, vəliəhdin ölmüş ola biləcəyini yazıb.
Qeyd edək ki, 21 apreldə paytaxt ər-Riyaddakı Səudiyyə Kralının sarayı yaxınlarından ağır silah səsləri gəlib. Sonra Kral Salman ilə oğlu Məhəmməd bin Salmanın ər-Riyadda ABŞ-ın himayəsi altındakı bir hava bazasının sığınacağına aparıldığı xəbərləri gəlmişdi.

Müxalifət.az