​ŞOK İDDİA: Rusiya və Çin “Şərqi Antanta” yaradır

Baxış sayı:
3250

Rusiya və Çin bütün ziddiyətlərinə rəğmən, NATO və ABŞ-a müqavimət göstərəcək “Şərqi Antanta”nı formalaşdırırlar.
Muxalifet.az Axar.az-a istinaden xəbər verir ki, bu iddia ilə “Hill” qəzetinin jurnalisti Cef Xoun çıxış edib.
“Qərb hesab edir ki, Moskva və Pekin münasibətlərində çoxlu maneələr var. Bu, onların dayanıqlı ittifaq qurmasına maneə yaradır. Bu maneələr daha çox tarixi düşmənçilik, ərazi mübahisələri, Mərkəzi Asiyaya təsir uğrunda rəqabətlə bağlıdır. Lakin son zamanlar ABŞ siyasətinə inamsızlıq bu fikir ayrılıqlarını ortadan qaldırmağa və qarşılıqlı fayda verən müqavilə imzalamağa imkan verir. Bu əməkdaşlıqda əsas məqam odur ki, onların ikisi də artıq bir-biri üçün təhdid olmaqdan imtina edirlər. Rusiya və Çin keçmiş imperiyalardır. Onlar özlərini Qərb oyunlarının qurbanı sayırlar. Hər iki dövlət çalışır ki, ABŞ-ın dünya hegemonluğuna son qoyub, təhlükəsizliyini və iqtisadi artımını təmin etsin.
Bu alyans hələlik zəifdir. Ona görə də Qərb buna diqqətini artırmalıdır. Artıq Moskva və Pekinin ittifaq yarada biləcəyi ilə bağlı sual vermək vaxtı deyil. Artıq məsələ bu ittifaqın nə qədər güclü ola biləcəyi ilə bağlıdır” – deyə o bildirib.