ŞOK İDDİA: Rusiya Ukraynaya əsgərlərinə qarşı lazer silahı tətbiq edib

Baxış sayı:
3319

Ukraynanın daxili işlər naziri Arsen Avakov Rusiyanı “yeni lazer silahı” tətbiq etməkdə günahlandırıb.
Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, Avakov sərhəd xidmətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Onun sözlərinə görə, döyüşçülərdən birinin gözünün tor qişası lazer şüasının təsirindən zədələnib.
“Hazırda cavab tədbirləri görürük, lakin təsdiq edirik ki, işğalçı bizə qarşı yeni silah növündən istifadə edir”, - Avakov deyib.