ŞOK İDDİA: Mourinyo "Mançester Yunayted"dən qovulur

Baxış sayı:
1840

“Mançetser Yunayted”in təcrübəli baş məşqçisi Xose Mourinyo haqqında iddia yayılıb.

Muxalifet.az xəbər verir ki, portuqaliyalı baş məşqçi komandaya transferlər edilməməsindən şikayətlənib və klub rəhbərliyi bu şikayətlərdən bezərək Mourinyonu qovmaq niyyətinə düşüb.

Bu durumu fürsətə çevirmək istəyən Portuqaliya Futbol Federasiyası Mourinyonu milli komandanın başına gətirmək istəyir.

“Daily Mirror”da yer alan xəbərə görə, Mourinyo “bi gün Portuqaliya millisini çalışdıracam” deyib.

Qeyd edək ki, Postuqaliya millisinin hazırkı baş məşqçisi Dünya Çempionatındakı uğursuzluqlara rəğmən, hələ də Fernando Santosdur.

Xatırladaq ki, 1986-cı ildən baş məşqçilik edən və karyerasında "Barselona", "Real Madrid", "Portu", "Sportinq", "Çelsi" kimi klublar olan Mourinyo 2016-cı ilədn bəri "Mançester Yunayted"də çalışır.