ŞOK İDDİA: “Fencing” İdman Klubunun əmlakı erməni dəsti-xətti ilə "işğal olunur"

Baxış sayı:
14048

Asəf Məlikov: “Ali Məhkəmən və Apelyasiya Məhkəməsi tərəfindən “Fencing” İdman Klubu İctimai Birliyinin əmlakı təsdiqlənib”

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təsisçilərindən biri olan “Fencing” İdman Klubu İctimai Birliyinə qarşı törədilmiş haqsızlıq barədə bu gün birliyin sədri Asəf Məlikov və hüquqşünas Nicat Gözəlov Beynəlxalq Mətbuat Mərkəzində 5 nəfər əlil idmançının və mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirdi.
ədbirdə Birliyin sədri Asəf Məlikov məlumat verdi ki, Bakı şəhərində “Fencing” İdman Klubu İctimai Birliyinin əmlakı erməni dəsti-xətti ilə işğal olunur: “Necə ki, ermənilər Azərbaycan torpaqlarını qəsb etmək üçün tarixi sənədləri saxtalaşdırıb, yalan və uydurma məlumatları dünyaya təqdim edirlər, eyni şəkildə 7 mart 1997-ci ildə 22 saylı Dövlət Notariat Kontorunun möhürü ilə alqı-satqı müqaviləsi hazırlayaraq, guya, mərhum Dürdanə Əliyeva adından etibarnamə ilə Rüstəm Xankişiyevin adına Maqsud Əlizadə küçəsi 29 saylı ünvanda yerləşən mülkiyyət özünküləşdirilib. Bunu subut edən sənədlər məhkəmə oraqanlarına təqdim olunub.
Belə ki, Ədliyyə Nazirliyi  Dövlət Notariat Arixivinin 2 oktyabr 2009-cu il 05/01-M-85/2-13 saylı, 15 yanvar 2010-cu il 05/01-04/11 saylı, 18 yanvar 2013-cü il 05/01-17/11 saylı və sair sorğulara savab məktublarında alqı-satqı müaviləsinin saxta olduğu təsdiqlənib. Bu məktublar həm bizim, həm də məhkəmə orqanları tərəfdən verilmiş sorğulara cavabdır. Sorğulara verilən cavabda qeyd olunub ki, 3MA-22 saylı alqı-satqı müqaviləsi 1997-ci il 7 mart tarixində deyil, 5 mart mart tarixində Dürdanə Əliyeva və Rüstəm Xankişiyev arasında deyil, ümumiyyətlə, başqa şəxlər və başqa ünvan üzrə bağlanıb. Dürdanə Əliyeva və Rüstəm Xankişiyev arasında isə nəinki 7 mart tarxində, ümumiyyətlə, 1997-ci il ildə heç bir əqd bağlanmayıb. Bu səbəbdən də qarşı tərəfin guya, 22 saylı Dövlət Notariat Kontorunda kiçik həcmli yanğın çıxmasına diqqəti yönəltməsi absurddur”.
A.Məlikov onu da qeyd edib ki, sənədlərlə tanış olan cavabdehin hüquqi varisləri Ramil, Avdil və Flora Xankişkiyevlər iddiaçının hüquqi varisi, əmlakı təmənnasız olaraq Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təsisçilərindən biri olan “Fencing” İdman Klubu İctimai birliyinə bağışlayan Əliyev Təhmasib Qaçay oğlu ilə məhkəmənin təklifini nəzərə alaraq 10 senytabr 2014-cü ildə barışıq sazişi bağlayıblar: “Barışıq sazişi Bakı şəhəri 43 saylı Notariat Kontorunda 10 sentyabr 2014-cü ildə 3m-695 saylı reyestr nömrəsi ilə qeydə alınıb. Barışıq sazişinin bəndlərinə müvafiq olaraq cavadehin varisləri iddaçının Bakı şəhəri, Əlizadə küçəsi 29 saylı evin ½ hissəinə olan iddiasını qəbul edir,  ½ üzrə tam mülkiyyət hüququnu tanıyırlar. Bununla məsələni bağlanmış hesab etmək olardı. Amma təəssüflər olsun ki, Rüstəm Xankişiyev vəfat etdikdən sonra erməni siyasətinə uyğun olaraq varislərin məlumatı olmadan, qüvvədən düşmüş etibarnamə ilə satan Cahangir Baxış olğlu Quliyev Klubumuza aid olan digər ½ hissəni də erməni üsulu ilə ələ keçirməyə çalışır. O, məhkəməyə guya, Bakı şəhəri 38 saylı notariat kontorunda 15 senytabr 2006-cı ildə 7E-30/9303 saylı reyster nömrəsi ilə təsdiq edilmiş saxta qəbz təqdim edib. Sənədin saxta olduğunu Ədliyyə Nazirliyinin 29 may 2014-cü il 05/M-46-13 saylı məktubları subut edir”.
A.Məlikov xatırladıb ki, BMT Təhlükəsizlik Şurası necə ki, 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822,853, 874 və 884 saylı qətnamə qəbul edib və bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir, həmçinin də Ali Məhkəmənin hakimi Akif İsgəndərovun sədrliyi, Apelyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında “Fencing” İdman Klubu İctimai Birliyinin əmlakı qanunvericlik çərçivəsində qəbul edilmiş qərarla təqsdilənib.
A.Məlikov əlavə edib ki, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın sədrliyi, Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında isə Cahangir Quliyevin tərəfindən təqdim edilmiş saxta sənədə hüquqi qiymət verilməsi əvəzinə, qanuni don geyindirilməsi istiqamətində qərar qəbul edilib.  Azərbaycan Respublikası sivil, hüquqi dövlətdir. İnanırıq ki, erməni siyasətinə uyğun olaraq saxta sənədlər düzəldərək başqalarının əmlakının qəsb edilməsinə yönəlik hərəkətlərə qanun qarşısında cavab veriləcəkdir”.

Muxalifet.az