ŞOK İDDİA: Elxan Məmmədovun qardaşı mədəniyyət naziri olur? - FOTO

Baxış sayı:
5440

Xəbər verdiyimiz kimi, dünən Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət Naziri vəzifəsindən azad edildi.
Muxalifet.az sport7.az-a istinadən bildirir ki, boşalan posta AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun qardaşı Emin Məmmədov əsas namizəddi. Əldə etdiyimiz məlumata görə, Emin Məmmədovun nazir postuna təyin edilməsi yuxarı dairələrdə müzakirə olunur.
Emin Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakıda yaşayır və işləyir. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviridir. O, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. E. Məmmədov Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq edib.