ŞOK İDDİA: ​ABŞ Rusiya silahlarını kosmosdan məhv edəcək

Baxış sayı:
7180

Pentaqon kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək istəyir.
“Defense News” nəşri xəbər verir ki, bu yeni sistemlər Rusiyanın hipersəs raketləri və digər fantastik silahları əleyhinə effektiv olacaq.
Nəşrin bu məlumatı Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Sem Qrivsin Alabama Ştatı Hantsvil şəhərində çıxışına istinadən yayılıb.
Qrivsin sözlərinə görə, bu sistemlərin kosmosda yerləşdirilməsi vacib və əhəmiyyətli bir məsələdir.
Burada əsas məsələ sensorlara qoyulan tələblər və onların əldə olunması prosesidir.
O, bu sensorların hipersəs raketləri və digər mürəkkəb hədəflərin izlənilməsi, məhvi ilə bağlı çox effektiv olacağını qeyd edib.
Həmçinin sistemin əsas yeniliyi raketlərin qalxma və atəşlənmə zamanı onları müəyyən edə bilməsidir.
Qeyd edək ki, Qrivs həmçinin agentliyin raketlərin ələ keçirilib məhv edilməsinə hesablanmış müdafiə sistemi üçün Pentaqonla danışıqlar apardığını bildirib(modern.az).