ŞOK İDDİA: ABŞ ordusu dinc sakinləri bombaladı

Baxış sayı:
3775

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın Deyr-əz-Zor vilayətindəki Əş-Şəəfa yaşayış məntəqəsinə aviazərbələr endirib.        
SANA agentliyinin verdiyi xəbərə görə, hücum nəticəsində dinc sakinlərin evləri dağıdılıb. 
Ölən və yaralananların sayı dəqiqləşdirilir. 
Hökumət qüvvələrinin Homs əyalətindəki mövqelərinə də zərbələr endirildiyi bildirilir. 
Məlumata görə, aviazərbələr suriyalıların ABŞ ordusuna məxsus 3 hərbi avtomobilə atəş açdıqdan sonra endirilib. 
Qeyd edək ki, ABŞ və Suriya hərbçilərinin quruda bu tip toqquşması ilk dəfə baş verib.