​ŞOK HESABAT: Bu ölkədə 6964 nəfər öldürüldü

Baxış sayı:
5032

2018-ci ildə silahlı qarşıdurma, hücum və əməliyyatlar nəticəsində Suriyada 6964 nəfər öldürülüb. Teleqraf.com Suriya İnsan Hüquqları Təşkilatına istinadən bildirir ki, ən çox mülki şəxs Bəşər Əsəd rejiminin qurbanı olub. Ölənlər arasında 1436 uşaq və 1361 qadın var. Hesabatda qeyd edilir ki, 4162 nəfər Bəşər Əsəd rejiminin qurbanı olub. Onlardan 799 nəfəri qadın, 713-ü uşaq olub. PYD terrorçuları isə 29 uşaq və 39 qadın olmaqla ümumilikdə 285 nəfəri qətlə yetiriblər. 2018-ci ildə İŞİD-in zorakılığı nəticəsində Suriyada 566-sı qadın, 82-si uşaq olmaqla 446 mülki insan öldürülüb. Hesabata görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bombardmanı nəticəsində 118-i qadın, 169-u uşaq dolmaqla 467 insan öldürülüb. Ötən il Suriyada nəməlum şəxslər tərəfindən 1107 sakin, o cümlədən 216 qadın və 247 uşaq öldürülüb. Bəşər Əsədə qarşı çıxan qüvvələr və silahlı qruplar tərəfindən 15 nəfəri qadın, 21 nəfəri uşaq olmaqla 80 suriyalı öldürülüb. Suriya İnsan Hüquqları Təşkilatının hesabatında qeyd edilir ki, ölkədə 967 nəfər işgəncə nəticəsində ölüb. İşgəncə hadisələrinin 97 faizi Bəşər Əsəd rejiminin payına düşüb. Vurğulanır ki, 2018-ci ildə Əsəd rejiminin işgəncəsi nəticəsində 951 nəfər öldürülüb. PYD/YPG terror təşkilatının işgəncələri isə 10 nəfərin həyatına son qoyub. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından başlayıb. BMT-nin Qaçqınlar üzrə Komissarlığının məlumatına görə, vətəndaş müharibəsi nəticəsində 6,6 milyon insan məcburi köçkün düşüb.