ŞOK HADİSƏ: Yerə meteroit DÜŞDÜ - Video

Baxış sayı:
2864

Rusiyanın Samara şəhərində göydə parlaq alışma müşahidə olunub və videoya düşüb.
Muxalifet.az RİA Novosti-ya istinadən xəbər verir ki, video “VKontakte” sosial  şəbəkəsində yerləşdirilib.
Samara sakinləri parlaq işıq gördüklərini, sonra partlayışa bənzəyən güclü səs eşitdiklərini bildiriblər.
Yerli astronomiya həvəskarları meteorit düşdüyünü ehtimal edirlər.
Samara vilayəti üzrə FHN-dən isə bildiriblər ki, dünən gecə bölgənin mərkəzi və cənub zonalarında güclü səs eşidilib.