ŞOK HADİSƏ - Ölünü yuyarkən dirildi

Baxış sayı:
14704

Hindistanda baş verən qeyri adi hadisə hər kəsi şoka salıb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd adlı gənc öləndən sonra yenidən dirilib. Belə ki, vəziyyəti ağırlaşan gənci ailəsi dərhal xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümükün olmayıb. 
Gəncin qardaşı onun cansız bədənini yuyarkən tərpəndiyini hiss edib. Dərhal ailəsi onu yenidən xəstəxanaya aparıblar. Həkimlər gəncə süni nəfəs aparatı qoşub və o həyata qayıdıb.
Araşdırmalar zamanı məlum olub ki, kasıb olduqları üçün xəstəxana xərclərini ödəyə bilməyən ailəyə gəncin öldüyünü bildiriblər. Hazırda məsələ ilə bağlı polis araşdırma aparır.