ŞOK GÖRÜNTÜLƏR: Canlı yayımda 21 nəfər öldürüldü - VİDEO

Baxış sayı:
2940

Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Modern.az  xarici  mediaya istinadən  xəbər verir ki, silahlı şəxs  hələ də 16 nəfəri girov saxlayır.

***

Tailandın Nakhon Ratçhasima şəhərində atışma baş verib.

Hərbi düşərgədə hərbçilərdən biri öz kamandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini feysbuk vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun feysbuk səhifəsi bağlanıb.

 Məlumata görə, hadisə nəticəsində 17 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, hazırda cinayətkar "Terminal-21" ticarət mərkəzinin 4-cü mərtəbəsində 16 nəfəri girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birlikdə cinayətkarı saxlamaq üçün əməliyyat keçirirlər.