​ŞOK GƏLİŞMƏ: Tramp İrana dostluq təklif etdi – “Onların ən yaxşı dostu olaram”

Baxış sayı:
5554

Nüvə silahından əl çəkərsə, İran varlı və xoşbəxt ölkəyə çevrilər, mən də onların ən yaxşı dostu olaram.
 
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
 
O, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini bəyan edib. Donald Tramp İranın nüvə silahından əl çəkəcəyinə ümid etdiyini söyləyib.
 
ABŞ prezidenti Tehranla böhran həll olunana qədər hərbi addımların hər zaman seçim sırasında olacağını bildirib.