ŞOK: Fədayə Laçın Maştağada ona sataşan oğlanı DÖYDÜ - VİDEO

Baxış sayı:
1687

Müğənni Fədayə Laçının anası Təranə xanım 2 illik həbsxana həyatından sonra azadlığa çıxan qızı barədə "Hər şey daxil"ə maraqlı etiraflar edib.
Xanım müğənninin anası qızına uşaqlıqda oğlan paltarları geyindirdiyini bildirib.
Təranə xanım Fədayənin məktəb illərində oğlan döydüyünü də qeyd edib:
"Uşaqlıqdan mən onu oğlansayağı böyütmüşəm. Heç vaxt ona qız paltarı geyindirməmişəm. Həmişə oğlan paltarı almışam ona. İlahəyə kukla alanda ona maşın almışam. 
Bir dəfə məktəbdən çıxanda bir oğlan onun dalınca düşüb. Oğlanı döyüb, kurtkasını çıxardıb əynindən (gülür)".  
Müğənni anasının "oğlan döymək" məsələsinə belə aydınlıq gətirib:
"Bilirsiniz necə oldu? Mən ona demişdim ki, mənim arxamca düşmə. Biz o vaxtı Maştağa tərəfdə olurduq. Orada kanal var e, deyirdim "Səni bu kanala ataram, düşmə mənim dalımca. Bir dəfə-iki dəfə düşdü dalımca. Məktəbdən çıxanda bizim yolumuz çox uzun idi. Avtobusdan düşüb, xeyli gedirdin də. O yerlərdə mənim arxamca gəlirdi. Mən ona dedim ki, "Gəlmə arxamca, səni döyüb kanala atacam". Anama da demişdim ki, "Ana, mən bir nəfəri kanala atsam, məndən inciməyin. Sonra gördüm yenə dalımca düşüb. Mən buna əl atdım ki, döyəm, o da qoxdu. Kurtkasının qabağı açıq idi. Fırlandı qaçmağa, mən kurtkadan yapışdım. Kurtkanın içindən çıxdı, qaçdı". //Unikal