Şok edən S. Ərəbistanı iddiası! 17 nəfəri belə qaçırıblar

Baxış sayı:
8041

Amerikanın CNN televiziyasının xəbərində, Oregan əyalətində həddindən artıq sürətlə avtomobili idarə edən 20 yaşlı səudiyyəli tələbənin etdiyi yol qəzasında 16 yaşında bir amerikan vətəndaşının ölümünə səbəb olduğu bildirilib.
 
 Səudiyyəli tələbənin qəsdən öldürmə cinayətindən mühakimə olunmasının tələb edildiyi, Səudiyyə Ərəbistanı tərəfindən ödənilən 100 min dollar girovla sərbəst buraxılan bu şəxsin hakim qarşısına çıxmadan iki həftə əvvəl ortadan qeyb olduğu ifadə edilib.
Xəbərdə, ABŞ rəsmilərinin Səudiyyə vətəndaşının səfirlik və ya konsulluğun yardımı ilə saxta pasport aldığına və xüsusi təyyarəylə ölkədən ayrıldığına inandığı qeyd olunub. Səudiyyə Ərəbistanının həm ABŞ, həm də Kanadada müxtəlif cinayətlər səbəbilə barələrində cinayət işi açılan 17 vətəndaşını bu şəkildə pullarını ödəyərək həbsdən çıxardığı və mühakimə olunmalarına başlanmadan saxta pasportlarla ölkədən çıxmalarına yardımçı olduğu iddia edilib.
ABŞ-dan Səudiyyə Ərəbistanının köməyi ilə getdiyinə inanılan Səudiyyə vətəndaşlarının yol qəzası, təcavüz, cinsi təcavüz və uşaq pornoqrafiyası kimi cinayətlər törətdiyi qeyd edilib.
Müxalifət.az